Ana iki azyaşlı övladı ilə itkin düşüb - BAKIDA

Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.
 
Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Asudə Məcidova və onun övladları - 2015-ci il təvəllüdlü Lalə Məcidova və 2016-cı il təvəllüdlü Mədinə Məcidovanın itkin düşmələri barədə polisə məlumat daxil olub.
 Daxil olan məlumat əsasında axtarışlara başlanıb.  /apa