"AMRAHBANK"IN İŞÇİLƏRİ ETİRAZA QALXDI - "Bank müflis olmayıb və lisenziyasının ləğvi qanunsuzdur" / VİDEO

Baxış sayı:
3787

Aprelin 30-da lisenziyası ləğv olunmuş "Amrahbank"-ın əməkdaşları etiraz aksiyasını keçirib.
Yüzdən çox əməkdaş bankın əsas filialında toplaşaraq, bankın bağlanmasına etiraz ediblər.
Onların sözlərinə görə, bank müflis olmayıb və lisenziyasının ləğv qanunsuzdur. "Bankımız normal fəaliyyət göstərirdi. Birdən-birə bir gün içində hrç bir səbəb olmadan qanunsuz bankımızı bağladılar. 700 nəfərdən çox işsiz qalıb. Biz tələb edirik ki, işimiz bərpa edilsin. Niyə digər banklara dövlət 60-70 milyon manat pul ayırır, "Amrahbank"-ı isə bağlayır? Belə çətin vaxtında, karantin vaxtı bizi işsiz qoyublar".
Bank işçiləri həmçinin bildirib ki, aprel ayına görə onlara əmək haqqı verilməyib. "Heç vaxt gecikmə olmayıb. Hər ayın 26-sı maaş alırdıq. Bu dəfə isə gecikmə olub və maaşlarımız verilməyib. Deyirlər ki, maaşlar bir ay sonra veriləcək".
Özünü bankın məsul işçisi kimi təqdim edən şəxs toplaşan aksiya iştirakçılarına bildirib ki, onların əmək haqqları veriləcək. "Əmək haqqlar köçürüləcək. Bundan əlavə mən öz şəxsi əlaqələrimdən istifadə edərək əməkdaşları başqa banklarda işlə təmin etməyə çalışacam".
Bankın mühafizə xidməti və əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını öz iş otaqlarına keçməyə dəvət edib.
Saxlanılan olmayıb./Turan