"Amnesty International"-ın Türkiyə rəhbəri HƏBS EDİLDİ

Türkiyə məhkəməsi rəsmi olaraq Amnesty International-ın ölkədəki rəhbərini terror təşkilatında üzvlük şübhəsi ilə həbs edib.
Muxalifet.az xəbəe verir ki, bunu Anadolu xəbər agentliyinə Türkiyə rəsmiləri bildiriblər. İnsan hüquqları təşkilatı nümayəndələri bunu “ədaləti lağa qoyma” adlandırıb.
Taner Kiliç beş vəkillə birlikdə İzmirdə saxlanılıb. Onlar ByLock adlı şifrələnmiş mesaj proqramının istifadə edilməsində ittiham ediliblər. Çərşənbə axşamı saxlanılar Kiliç cümə günü həbs edilib.
ByLock telefon proqramı ABŞ-da yaşayan din xadimi Fethullah Gülənin şəbəkəsi tərəfindən istifadə edildiyi bildirilir. Din xadimi keçən ilin yayında baş tutmuş hərbi çevriliş cəhdinin təşkilatçılığında ittiham edilir.