Amerikaya köçən məşhur aparıcı: “Yekə-yekə oğlanlar gözlərini döyə-döyə…”

Baxış sayı:
700

"Rəfiqəmlə yazışırdıq. Dedim bu qədər aktiv həyat, ailə və dərsləri bir arada çatdıracammı, bilmirəm. Dedi, çatdıracaqsan! Sən güclüsən, bunu unutma".
Bu sözləri Amerikaya köçən tanınmış aparıcı Günel Hümbətova instaqramda yazıb. Nyu-Yorkda təhsil almağa başladığını qeyd edən həmyerlimiz son vaxtlarda həyatında baş verən problemləri dilə gətirib:
"Düşündüm bir az.. Həqiqətən də güclü olmaq yaxşıdırmı? Lazımdırmı? Qadın güclümü olmalıdır? Bəli, 21-ci əsrin nümunəvi qadını ailə, karyera uğurlarını bir arada çiynində daşımağı bacaran qadındır... Amma xoşbəxtdirmi? Yoxsa evdə oturub hər gün nahara yemək bişirib uşaqlarını və yoldaşının işdən gələcəyini gözləyən qadın dahamı xoşbəxtdir?"
Daha sonra o, amerikalıların və azərbaycanlıların həyata baxışı və dəyərlərini müqayisə edib:
"Dərsimiz yeni başlamışdı ki, 70 yaşlı xanım professor müəllim stolunu bir az tələbələrə yaxın çəkmək üçün "Kim kömək edə bilər?" deyə soruşdu. Yekə-yekə oğlanlar gözlərini döyə-döyə qalmışdılar. Məncə bizim oğlanlar həmən durub kömək edərdilər, qədirlərini bilmirik. Bir neçə dəqiqəlik sükutdan sonra mən ayağa durmaq istəyirdim ki, arxa cərgədən biri durub kömək etdi.
Daha sonra professor əziyyət verdiyi üçün çox üzr istədi və əlavə etdi ki, sinfdə kimdənsə marixuana iyi gəlir. Xahiş edirəm, dərsimə gəlməzdən öncə çəkməyin. Sonra özünüz bilərsiz. Dərsimdə heç kəsi kefli görmək istəmirəm".
Məlumat üçün bildirək ki, G.Hümbətova Amerikada əslən özbək olan Firuz Soliyevlə ailə qurduqdan sonra həmişəlik oraya köçməyə və yaşamağa qərar verib. Cütlüyün Jozefina adında bir qızı var./Publika.az