Amerikanın Yaxın Şərq strateji əməkdaşlıq manevrləri

Baxış sayı:
3034

Serdar Turgut - Habertürk
 
Amerikanın xarici işlər naziri Mayk Pompeo İrana qarşı bölgədə bir koalisiya formalaşdırmaq üçün Körfəz ölkələri nümayəndələri ilə Birləşmiş Millətlər Təşkilatında danışıqlar aparır.
 
Buna paralel olaraq Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın Küveytə etdiyi səfər də Vaşinqtonda yaxından izlənir.
Küveyt bir müddətdir ki, Qətər ilə baş verməkdə olan böhranın həlli üçün məşğul olur. Səudiyyə Ərəbistanı, irəli sürdüyü 13 maddəlik şərtləri qəbul edilməzsə, problemin fərqli həllinə qarşı olduğunu hər fürsətdə Vaşinqtona çatdırır.
 
BİZ GÖZLƏYİRİK
 
Səudiyyə Ərəbistanının xarici işlər naziri, “Council on Foreign Relations” təşkilatındakı çıxışında bunu açıq ifadə etdi və "Gözləməyə səbrimiz var, lazım gələrsə, 50 il də gözləyərikk" - dedi.
ABŞ isə İran məsələsində tələsir, çünki İsrail durmadan təzyiq edir.
Netanyahunun, İranın gizli atom bombası istehsal mərkəzi olduğunu və bunun açıq ünvanını söyləməsi Amerika üzərindəki İrana qarşı hərəkət etmə təzyiqini daha da artırıb.
ABŞ Körfəz ölkələri təşkilatından başqa, İordaniya və Misirlə də çalışıb, onları da İrana qarşı koalisiyanın içinə fəal surətdə daxil etməyə istəyir. İsrail onsuz da Misirlə Aralıq dənizindəki qaz ehtiyatları məsələsində ABŞ-ın da fəal dəstəyi ilə əməkdaşlıq edir.
 
YAXIN ŞƏRQ STRATEJİ ƏMƏKDAŞLIĞI
 
ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Amerikanın bölgədə yeni bir Yaxın Şərq strateji əməkdaşlığı yaratmaq üçün səy göstərdiyini açıqlayıb.
 Bunun İsrail və Səudiyyə Ərəbistanının maraqlarını güdəcək bir strateji tərəfdaşlıq olacağı bilinir. Amerika üçün bu prosesə Türkiyənin reaksiyasının necə olacağı tam bəlli olmasa da, amma Türkiyənin gəlişmədən çox da məmnun olmayacağı bəllidir.
Anlaşılan budur ki, regionumuzun yaxında rahatlığa qovuşması bu atılan addımlar səbəbindən mümkün görünmür.
Hazırladı: Müxalifət.az