Amerikanın təhlükəli İran siyasəti: Tramp-Səudiyyə tandemi Yaxın Şərqdə növbəti savaşa hazırlaşır - TƏHLİL

Ceffri Saks
 
Project Syndicate (ABŞ), 03.08.2017

 
ABŞ prezidenti Donald Tramp və müşavirləri bir neçə həftə qabaq İranı Yaxın Şərq terrorizminin mərkəzinə çevrilməkdə ittiham edən Səudiyyə Ərəbistanının mövqeyinə qoşulublar. Eyni zamanda ABŞ Konqresi İrana qarşı sanksiyaların yeni raundunu hazırlayır. Lakin Səudiyyə Ərəbistanı kralının ifadə etdiyi kimi, İranı kürəsəl terrorizmin “avanqardı” qismində karikatura kimi təqdim etmək təkcə yanlış deyil, həm də təhlükəlidir. Çünki bu, Yaxın Şərqdə daha bir müharibəyə səbəb ola bilər.
Hətta İranın İŞİD-lə mübarizədə ABŞ-la bir tərəfdə olduğunun aşkar faktına baxmayaraq, görünür, ABŞ-da bəzi qızğın dilənçilərin məqsədi də məhz budur.
Daha bir fakt var: İran bölgə rəqiblərinin əksəriyyətindən fərqli olaraq işlək demokratiyadır. Və kinayə bundadır ki, İranın ünvanına Amerika və Səudiyyə ritorikası mayın 19-da bu ölkədə fəaliyyətdəki prezident Həsən Ruhaninin başçılığı ilə mötədil qüvvələrin öz opponentlərinə – sərt xətt tərəfdarlarına qalib gəldiyi seçkilər keçirildikdən cəmi iki gün sonra başlanıb. 
İstisna deyil ki, Səudiyyəyönlü, İranyönlü mövqe Tramp üçün, vur-tut, növbəti biznes layihəsidir. O, Səudiyyə Ərəbistanı Amerikadan 110 milyard dollarlıq yeni silah almağı qət edərkən işıq saçırdı və bu sövdələşməni “yeni iş yerləri” adlandırdı. Guya ki, Amerika işçiləri üçün gəlir gətirən yeganə məğulluq növü onlardan labüdən müharibəni qızışdırmaq tələb edir. Və kim bilir, Səudiyyə döyüşkənliyinə isti dəstəyin arxasında Tramp və ailəsinin daha hansı sövdələşmələri gizlənə bilər. Tramp administrasiyasının İran ünvanına quru iddiaları hansısa mənada adi xəttin davamıdır. Amerika xarici siyasəti xaricdə sözün hərfi mənasında cəfəng, faciəli və ifrat destruktiv, heç bir gerçək məqsədə xidmət etməyən, yalnız rəsmi təbliğatın yanlış təsəvvürlərini gerçəkləşdirməyə can atan müharibələrlə doludur. Ən nəhayətdə, Amerikanın Vyetnam, Əfqanıstan, İraq, Suriya, Liviya, Yəməndəki müharibələrə və digər xeyli münaqişələrə son dərəcə məsrəfli və səmərəsiz cəlbini daha necə izah etmək olar? Amerikanın İrana münasibətdə ədavəti hesablamasını bu ölkədə 1979-cu ildə baş vermiş İslam inqilabı dövründən götürür. 444 gün radikal əhvali-ruhiyyəli tələbələrin girovu olmuş Amerika səfirliyi əməkdaşlarının ələ keçirilməsi Amerika cəmiyyəti üçün bu günədək keçməyən psixoloji şok olub. Dramatik girovlar mövzusu onların ələ keçdiyi andan azad edilənə qədər Amerika mətbuatında üstünlük təşkil edib ki, bu da bütün cəmiyyətdə artıq bir nəsil sonra 11 sentyabr teraktından sonrakı sosial zədəyə bənzər özünəməxsus zədəsonrası stresə səbəb olub. 
Amerikalılaırn əksəriyyəti üçün – həm o vaxt, həm də indi – girov böhranı ümumiyyətlə İran inqilabının özü kimi tam gözlənilməzlik olub. Yalnız az-az amerikalı anlayırdı ki, İran inqilabı ölkənin demokratik seçilmiş hökumətini 1953-cü ildə devirmək və milliləşmək təhlükəsi altında olan İran neft sənayesi üzərində İngiltərə-Amerika nəzarətini saxlamaq məqsədilə İran şahının hakimiyyəti altında polis dövləti rejimi qurmağı qət etmiş MKİ və Britaniyanın M16 kəşfiyyat xidmətinin sui-qəsdindən 25 il keçəndən sonra baş verib. Amerikalıların çoxu həmçinin anlamayıb ki, girov böhranı devrilmiş şaha ABŞ-a müalicəyə gəlmək imkanı vermək haqda düşünülməmiş qərarın nəticəsi olub: iranlıların əksəriyyəti bunu onların inqilabına təhlükə kimi qəbul edib.
ABŞ Reyqan administrasiyası dönəmində İraqın İrana qarşı təcavüzkar, kimyəvi silah işlətdiyi müharibəsində İraqı dəstəkləyib. Nəhayət, 1988-ci ildə bu münaqişə bitəndə ABŞ İrana qarşı bu günədək qüvvədə olan ticarət və maliyyə sanksiyalarını saxlayıb. ABŞ 1953-cü ildən bəri gizli əməliyyatlar vasitəsilə hərəkət edərək 1953-1979-cu illərdə avtoritar hakimiyyəti dəstəkləmək, İran düşmənlərinə hərbi yardım etmək və artıq bir neçə onillik ərzində sanksiyalar rejimini saxlamaqla İranda idarəçilik və iqtisadi inkişaf müstəqilliyinə qarşı çıxış edir.
Amerikanın İrana qarşı ədavətinin daha bir səbəbi İranın “Hizbullah” və “Həmas”a – İsrailin iki hərbi düşməninə dəstəyidir. Burada da tarixi konteksti anlamaq vacibdir.
İsrail 1982-ci ildə Livanda kök atmış Fələstin silahlı birləşmələrini məhv etməyə can ataraq ora soxulub. Bu müharibədən sonra və işğalçı İsrail gücləri sayəsində təşkil edilmiş antimüsəlman qırğını fonunda İran İsrailin Cənub Livanı işğalına qarşı müqavimət üçün şiə “Hizbullah”ının yardılmasını dəstəkləyib. İsrail 2000-ci ilə doğru Livandan qoşunlarını çıxardarkən, yəni müdaxilədən, demək olar, 20 il sonra “Hizbullah” Livanda İsrail üçün tikana dönmüş güclü hərbi, siyasi və sosial gücə çevrilib.
Bundan savayı, İran İsrailin varoluş haqqını inkar edən sünni radikal qruplaşması “Həmas”ı dəstəkləyir. 2006-cı ildə İsrailin 1967-ci il müharibəsində ələ keçirilmiş Fələstin torpaqlarını işğalından on illər sonra, həmçinin dalana dirənmiş sülh danışıqları fonunda “Həmas” Fələstin parlamentinə seçkilərdə Fələstin Azadlıq Təşkilatının siyasi partiyası “Fəth”ə qalib gəlib. ABŞ və İsrail “Həmas”la dialoqa başlamaq əvəzinə onu 2014-cü ildə Qəza sektorunda qəddar müharibə vasitəsilə darmadağın etməyi kəsdirib. Bütün bunlar fələstinlilər arasında çox böyük qurbanlara, diləgəlməz əzablara və Qəza sektorundakı məskənlər  və infrastrukturda milyardlarla dollarlıq ziyana səbəb olub. Lakin tamamilə gözləniləndir ki, bütün bunlar hər hansı siyasi tərəqqiyə şərait yaratmayıb.
Bundan başqa, İsrail İranın nüvə proqramını ekzistensial təhlükə kimi qavrayır. İsrailin sərt xətt tərəfdarları dəfələrlə ABŞ-ı İrandakı nüvə obyektlərini hücuma məruz qoymağa və yaxud, ən azı, İsrailə bunu etməyə imkan verməyə inandırmağa çalışıblar. Xoşbəxtlikdən prezident Barak Obama bu basqıya qarşı dirəşib. O bunun yerinə İran və BMT TŞ- beş daimi üzvü (üstəgəl Almaniya) ilə saziş haqda razılaşma əldə edib. Bu saziş on il müddətinə və ya hətta daha uzun müddətə İranın nüvə silahına yolunu bağlayıb və hər iki tərəfdən inamın yaradılması üçün sonrakı addımlara məkan açıb.
İndi isə, görünür, Tramp və səudlar bu çox şey vəd edən və önəmli sazişin sayəsində münasibətlərin normallaşması imkanını məhv etməyə hazırdırlar.
Xarici güclər sin dərəcə axmaqcasına hərəkət edir, onları manipulyasiya etməyə imkan yaradır, yalnız güzəştlər yoluyla həlli mümkün kəskin milli və təriqət münaqişələrində bu və ya digər tərəfi seçir. İsrail-Fələstin münaqişəsi, Səudiyyə Ərəbistanı və İran arasında rəqabət, sünni-şiə münasibətləri – bunların hamısı qarşılıqlı güzəştlər tələb edir. Amma bu münaqişələrdə tərəflərin hər biri faciəli illüziyalar bəsləyir ki, heç bir güzəştə əl atmadan guya qələbə çalmaq olar – yalnız bu şərtlə ki, ABŞ (və yaxud hər hansı böyük dövlət) onların adından müharibə aparsın. Keçən əsr boyunca Britaniya, Fransa, ABŞ və Rusiya Yaxın Şərqdə əzələ oynatmağa pis nail olub. Hamısı burada havayı yerə pul, həyat və nüfuz itirib. (Hətta SSRİ Əfqanıstandakı müharibədə olduqca ciddi, bəlkə də, ola bilsin, fatalcasına zəiflədi). Asanlıqla fəlakətə gətirib çıxarası iblisləşmə və qızğın silahlanmaya deyil, güzəştlərə vurğu edən diplomatiya dövrü indi bizə heç vaxt olmadığı qədər vacibdir. 
 
Tərcümə Strateq.az-ındır.