AMERİKANIN İDLİB OYUNU – Türkiyənin siyasi gedişləri Vaşinqtonu çətin vəziyyətdə qoyub

Baxış sayı:
3142

Serdar Turgut - Habertürk

İdlibdə proseslər bir şəkildə sona yaxınlaşarkən və üç əsas oyunçu - Türkiyə, İran və Rusiya - arasında pərdəarxası danışıqlar çox sürətlənmişkən, Vaşinqtonun İdlib məsələsində nələr etməkdə olduğunun yaxşı anaşılması lazımdır.
Onu başdan demək olar ki, ABŞ-ın hazırda hərtərəfli düşünülmüş ardıcıl strategiyası yoxdur. Vaşinqtonda bəzi strukturlar Suriyada iplərin əldən Rusiyaya qaçırıldığını deyirlər. Ancaq buna baxmayaraq, Vaşinqtonda prezident Trampın daha əvvəl söylədiyi "ABŞ hərbçiləri çəkiləcək" sözünün artıq etibarlı olmadığı və Suriyanın siyasi gələcəyini müəyyənləşdirməkdə Amerikanın da fəal, müəyyənedici rolu olsun deyə, əsgərlərin o mərhələyə qədər saxlanılacağını da deyirlər.
 
ASTANA ÜÇLÜYÜ ARASINDA MÜNAQİŞƏ
 
Vaşinqtondakı qurumlar İdlib məsələsini həll etməyə çalışan Türkiyə, İran və Rusiyanın münaqişəyə düşməsini və Amerikanın da bu münaqişə üzərində bir oyun planı qurmağı düşünürlər. Amerikada belə bir münaqişənin miqyasının böyüdüyü təqdirdə bunun Türkiyə, Rusiya və xüsusilə İranın qarşı-qarşıya gəlməsinin onlara bir üstünlük verəcəyi hesablanıb.
Bu üzdən ABŞ-ın xarici işlər naziri Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Bolton Rusiya və Suriya rejiminin edəcəyi bir hərbi hərəkata dəstək verərkən, dayanmadan Amerikanın buna qarşı olduğunu açıqlayaraq, Türkiyənin qəbul etdiyi mövqeyə yaxın mövqe formalaşdırmağa çalışırlar. Mayk Pompeonun 23 avqustda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə apardığı telefon danışığında ABŞ-ın davranışını təkrar vurğuladığı bildirilir.
Vaşinqton xüsusilə üç ölkə liderinin sentyabrın 7-də İranda keçiriləcək sammitinin nəticələrini maraqla gözləyir və o zirvədə Türkiyə ilə digərlərinin münasibətlərindəki fərqliliyin bir böyük münaqişəyə çevrilməsinə ümid edir.
 
ANLAŞMA ÇƏTİN GÖRÜNÜR
 
Vaşinqtondakı mənbələr Astana üçlüyünün arasında İdlib məsələsində bir razılaşma olmasının çox çətin olduğunu vurğulayırlar.
Əsas problem İdlibdə yerləşmiş müxalif qüvvələr daxilində kimin terrorçu, kimin həqiqi müxalifət olduğunun dəqiq müəyyən olunmasındadır. Vaşinqton bu məsələdə ortada dəqiq bir meyar olmadığını və Türkiyənin hər nə qədər ədalətli bir həll üçün səy göstərsə də terrorçu meyarının İran və Rusyanınkından fərqli olduğunu görür, oyun planını qurarkən də bu fərqliliyi çıxış nöqtəsi edir.
Türkiyə İdlibə bir hərəkat edildikdə bunun nəticəsinin bir fəlakət olacağını və məsum insan itkisinin baş verəcəyini davamlı vurğulayır. Amerika buna haqq versə də, belə bir mümkün faciənin qarşısını almaq üçün konkret bir addım da atmır. Çünki bu prosesə daxil olduqda Türkiyənin təpki verəcəyini hesablayır və bunu da öz oyun planı istiqamətində istifadə etməyə çalışır.
 
TƏHLÜKƏSİZLİK MÜŞAVİRLƏRİ ZİRVƏSİ
 
Milli təhlükəsizlik müşaviri Con Bolton rus həmkarı Nikolay Patruşevlə Suriya problemini üzbəüz danışdı, amma İdlib məsələsində xüsusi bir konkret addım planı ortaya çıxarmadı.
Amerika Türkiyənin qarşısına məqsəd qoyduğu kimi, bütün həqiqi müxalifləri terrorçulardan təmizlədikdən sonra Azad Suriya Ordusu çətiri altında toplayıb, birləşməyi bacardığı təqdirdə Türkiyənin əlinin Suriyada daha da güclənəcəyini və Rusiya ilə Tükiyənin ABŞ-ı tamamilə kənarlaşdıraraq ölkənin gələcəyini birlikdə müəyyən edəcəyindən qorxur.
 
TƏXRİBATLARA AÇIQ VƏZİYYƏT
 
Milli təhlükəsizlik mövzusundakı ekspert yazarlar Amerikanın bu yanaşmasının meydançada təxribatlara çox açıq bir şərait yaratdığını və kiçik bir təxribatın belə vəziyyətin nəzarətdən tamamilə çıxmasına yol açacağını bildirirlər.
Vaşinqtondakı qurumlar bir qarşıdurma çıxdığı təqdirdə Türkiyə sərhədinə doğru 2.5 milyon insanın hərəkət edəcəyini hesablayırlar. Milli təhlükəsizlik yazarları Türkiyəni çətin duruma salmaq üçün təxribatlar törədib, münaqişəni tətikləyəcəkləri əndişələrindən danışırlar.
 
50 İHA TƏCAVÜZÜ
 
Amerika mənbələri müxaliflərin olduğu regionlardan rus hərbi bazalarına bu günə qədər 50 insansız hava vasitəsi ilə hücum cəhdi olduğunu müəyyən etmişlər. Pentaqon mənbələri mümkün qarşıdurmaya qarşı Qara dənizdən gələn rus donanmasının 10 döyüş gəmisinin və iki də sualtı gəminin Suriya sahilləri yaxınlığında gözləməkdə olduğunu, bunların Amerikaya hədə olsun deyə, 2 avqustda donanma təliminə də başlamış olduqları təsbitini edib.
Türkiyənin son olaraq Heyət Təhrir Şamı (HTŞ) terror təşkilatları siyahısına almasını Vaşinqton “Türkiyənin terrorçuları həqiqi müxalifətçilərdən ayırma cəhdinin bir parçası” olaraq görür. Ancaq bu addıma baxmayaraq, Vaşinqton Türkiyənin işinin çətin olduğu düşüncəsindədir. Belə ki, ABŞ kəşfiyyatına HTŞ, İdlibdə nəzarəti əlində saxlayır və müqavimət göstərməyə qərarlı olduğu, tunel və dərin səngər qazmağa davam etdirdiyi kəşfiyyat xəbəri gəlib.
Vaşinqton Türkiyənin Rusiya ilə razılaşıb, şimala doğru bir yol aça, İdlibdəki məsum xalqı “Fərat Qalxanı” ərazisinə daşımaq istəyəcəyini də düşünür. Amerika tərəfi buna Suriya rejiminin də qarşı olduğunu və bunun olmaması üçün həm Rusiya, həm də İran üzərində təzyiq etdiyini də görür. Pentaqonda bir qrup Türkiyənin əgər İdlibdən bir köç olsa, bunları Fəratın şərqinə yerləşdirmək istəyəcəyini də düşünür. Bu barədə Pentaqon ilə daim təmasda olan YPG-nin daim təlaş içində olduğu bildirilir.
Anlayacağınız, bir sona yaxınlaşılsa da, Vaşinqtonda hazırda İdlibdə nələrin olacağını görə bilmirlər. Türkiyənin atacağı hər bir addım da çox yaxından təqib edilir ABŞ-da.
 
QASIM SÜLEYMANİ
 
Bu arada Amerika kəşfiyyat mənbələri, general Qasım Süleymani ilə “Hizbullah” rəhbərliyi arasında bir ixtilaf yaşandığını və bunu İsrail mənbələrindən öyrəndiklərini deyirlər. Amerika qaynaqları bunun Suriya rejiminin İdlibə planlaşdırdığı hərəkata təsir edəcək ölçüdə bir münaqişə olub-olmadığını da təqib edir.

Müxalifət.az