Amerikan xalqı Trampı günahkar bildi

Baxış sayı:
11077

ABŞ-da federal hökumətin müvəqqəti büdcə münaqişəsindən dolayı bağlanmasından 23 gün keçdi, ancaq prezident Donald Trampın Meksika sərhədinə inşa edilməsi planlanan divar üçün vəsait ayrılması tələbi hələ də Nümayəndələr Palatasında üstünlüyü təmin edən Demokratlar tərəfindən qəbul edilməyib.
 
Trampın hər səhər Twitter-də "Ağ Evdə razılaşma üçün Demokratları gözlədiyini" ifadə edərək hökumətin qapalı qalması məsələsində Demokratları ittiham etməsi Amerika xalqı tərəfindən dəstəklənməyib.
Aparılan sosioloji sorğuda iştirakçıların 63 faizinin Demokratların “Meksika divarı üçün vəsait ayrılmadan hökumətin açılması planını” dəstəklədiyi ortaya çıxıb.
Digər tərəfdən, sorğuda iştirak edənlərin 56 faizi hökumətin bağlanmasından Trampı və Respublikaçıları, 36 faizi isə Demokratları məsul tutub.
Hökumətin divar vəsaitinə görə qapadılmasına qarşı çıxanların nisbəti isə 63 faiz plub. Sorğuda iştirak edənlərin 54 faizi ABŞ-ın cənub sərhədində bir böhranın söz mövzusu olduğunu qəbul edərkən, 59 faizi isə bu böhranı həll etmək üçün divarın həll olmadığını müdafiə edib.
Müxalifət.az