AMERIKAN SILAHIYLA ÖLDÜRÜLDÜLƏR

 ABŞ-ın yüzlərlə TIR dolu silahla dəstəklədiyi terror təşkilatı PKK, dünən Hakkaridə təhlükəsizlik qüvvələrinə tələ qurdu, nəticədə 6-sı əsgər olmaqla 8 nəfər şəhid oldu. Hücumun ardından Şimali İraqa qaçmağa çalışan qrup ilə birlikdə toplam 54 PKK terrorçuları öldürüldü. Öldürülən terrorçuların üzərindən ABŞ istehsalı  olan AT-4 tank əleyhinə qranatomyotlar çıxdı.
 
2014-ci ildən başlayaraq İŞİD-lə mübarizə adı altında PKK-nı silahlandıran ABŞ, bu çərçivədə 3 min 500 TIR dolu silahı terror təşkilatına təslim etdi. ABŞ, Rakkanı işğal edəndən sonra Suriyada varlığı bitmə nöqtəsinə gələn İŞİD-i bəhanə edərək iki gün əvvəl 120 TIR dolu yeni silah və sursatı terrorçular üçün bölgəyə sövq edib. Zirehli texnika və sursat dəstəyi ilə yanaşı, ABŞ 30 mindən çox PKK-lı terrorçuya öz mütəxəssisləri vasitəsilə təlim keçdi. Son 4 ayda PKK-ya təslim edilən silahların bir hissəsi TSK və ÖSO cəbhələrinə yönəldilərkən, bəzi xüsusi mühimatların isə İraq, Sincar və Qəndildəki terror yuvalarındakı terrorçulara göndərilib. Türkiyə və İraq arasında olan 130 kilometrlik kəmərin üçdə iki hissəsində yuvalanan terrorçular, ABŞ tərəfindən verilən kamuflyaj materialları, inkişaf etmiş rəqəmsal təqib sistemləri və idarə olunan raketlərlə dəstəklənir. Hansı ki, terrorçulara silah və sursat dəstəyi verən amerikalı rəsmilər silahların Türkiyəyə qarşı istifadə edilməyəcəyini vəd vermişdi. Ancaq görünən odur ki, PKK-lı terrorçular ABŞ-dan aldığı silahlarla əsgərləri şəhid edib.
Müxalifət.az