Amerikalılardan prezident haqda ilginc rəy: “TRAMP BİZİ MÜHARİBƏYƏ SÜRÜKLƏYƏCƏK”

Baxış sayı:
5284

“Newsweek”-in xəbərinə görə, Amerikalıların böyük əksəriyyəti Trampın Amerikanı böyük ehtimalla yeni bir qarışıqlığın içinə salaraq müharibəyə sürükləyəcəyini düşünür.
 
“Yougov” tərəfindən aparılan bir araşdırmaya görə, 28 faiz iştirakçı Trampın ölkəni müharibəyə sürükləmə ehtimalını "çox az ehtimal" şəklində düşünürkən, 28 faiz isə "kifayət qədər mümkündür" deyə, rəy bildirib. Digər tərəfdən, 16 faizlık bir təbəqə "kifayət qədər ehtimal" görmədiyini, 9 faiz isə "heç olmayacaq bir şeydir" yozumunu ortaya qoyub.
 
TƏKCƏ DEMOKRATLAR DEYİL, RESPUBLİKAÇILAR DƏ EYNİ NARAHATLIĞI DAŞIYIR
 
Hətta Trampın öz partiyası olan Respublikaçıların da əksəriyyəti onun Amerikanı müharibəyə sürükləyəcəyini düşünür. Respublikaçı iştirakçıların 30 faizi məsələyə "ehtimal" verirkən, 46 faiz Respublikaçı müharibə "mümkün" görünmür deyə, rəy bildirib. 85 faiz Demokrat isə müharibəyə sürükləyəcəyi barədə "ehtimal" edirlər.
“Yougov”, 15 və 17 aprel arasında həyata keçirdiyi tədqiqatda 1500 respondentlə ilə görüşüb. Tədqiqatda 3.1 faiz yanılma payı buraxılıb. Amerikalılar Suriyada kimyəvi silah istifadəsi iddiası ilə Suriyanı vurması nəticəsində, Trumpın millətə müraciət nitqi səbəbi ilə Amerikalılarda belə bir fikir formalaşa biləcəyi düşünülür. Belə ki, Tramp ötən həftə, "Amerika Birləşmiş Ştatları güclərinə Suriya diktatoru Bəşər Əsədin kimyəvi silah istifadəsinə görə, bəzi hədəflərin vurulması əmrini verdim" demişdi.
 
SURİYANIN VURULMASINDAN ƏVVƏL DƏ MÜHARİBƏ EHTİMALI FİKRİ ÜSTÜN İDİ
 
Trampın bu əmri verməsindən əvvəl də araşdırma nəticələri Amerikalıların Trampın ABŞ-ı müharibəyə sürükləyəcəyini düşündüklərini göstərirdi. Yenə Suriyaya hücumdan sonra “Yougov” tərəfindən aparılan bir araşdırma 8-10 apreldə həyata keçirilib. Bu araşdırmaya qatılanların da 52 faizi müharibəni mümkün variant kimi görürdü. Suriyanın vurulmasından sonra isə müharibəyə dair "böyük ehtimal" fikrinin dəstəkçiləri 6 faiz artıb.
Müxalifət.az