​Amerikalılara hücum: Tank hissələrə ayrıldı, 6 hərbçi öldü

Əfqanıstanın Verdak vilayətində Taliban qüvvələri tərəfindən yol kənarına quraşdırılan partlayıcının işə düşməsi nəticəsində ABŞ-a məxsus tank məhv edilib.
Muxalifet.az xəbər verir ki, hücum zamanı tankın içərisində olan 6 amerikalı hərbçi də ölüb.
Partlayışın tankı hissələrə ayıracaq qədər güclü olduğu bildirilib.
Qeyd edək ki, son zamanlar Əfqanıstanda Taliban qüvvələrinin ABŞ hərbçilərinə qarşı silahlı hücumları artıb.