Amerikalılar Türkiyə vertolyotunu öz istehsalı sanıb, TƏRİFLƏR YAĞDIRDILAR

Baxış sayı:
5824

ABŞ ordusuna yaxın “USAMİLİTARYUSA” adlı Twitter hesabı Türkiyənin istehsal etdiyi döyüş vertolyotu ATAK-ın videosunu paylaşıb. Səhifəni izləyən Amerikalılar vertolyotu ABŞ istehsalı sanaraq  tərif yağdırıblar.
 
ABŞ ordusuna yaxın “USAMİLİTARYUSA” adlı Twitter hesabı, 4 ATAK vertolyotunun yan yana düzülərək hədəfləri uğurla vurduğu anı paylaşaraq "Nə düşünürsünüz" deyə, sual qoyub. Tvitter hesabının izləyiciləri ATAK-ı ABŞ vertolyotu zənn edib, tərif dolu ifadələr işlədiblər. Türkiyədən olan izləyicilər isə  bu videonun Efes 2018 hərbi təlim zamanı Türkiyədə çəkildiyini və vertolyotun da ABŞ-ın deyil, Türkiyənin özünün istehsal etdiyi ATAK döyüş maşınları olduğunu yazaraq Amerikalıları gülünc vəziyyətə qoyublar.
Müxalifət.az