Amerikalılar Trampın “Türkiyə” tvitini LAĞA QOYDU

Baxış sayı:
2560

ABŞ prezidenti Donald Tramp, terror təşkilatı FETÖ və PKK adına cinayət törətdiyi iddiasıyla haqqında 35 il həbs cəzası istənən ABŞ vətəndaşı keşiş Endryu Kreyq Brunson haqqında bir tweet paylaşdı.
 
Tramp, daha əvvəl də Türkiyədən təxliyəsini istədiyi ABŞ vətəndaşı din xadimi Brunsonun həbsinin davamına qərar verilməsindən sonra bu məsələyə dair bir tweet atdı.
Trampın atdığı tweetdə bu ifadələr yer alır:
“Amerikada yaxşı bir centlmen və Hrıstiyan lider olan keşiş Brunson yox yerə Türkiyədə mühakimə olunur və zülmə məruz qalır. Ona casus deyirlər, amma mən ondan daha çox casusam. Ümid edirəm ki, evinə və aid olduğu gözəl ailəsinə qayıtmasına icazə veriləcək".


 
TRAMPIN TWEETİNƏ ŞƏRH: SƏN BİR CASUS OLACAQ QƏDƏR AĞILLI DEYİLSƏN
 
ABŞ prezidenti Trampın tweetinin altına minlərlə şərh yazılıb. Chrys Stevenson adlı istifadəçi, Trampın “Mən Brunsondan daha böyük casusam” ifadəsinə istinad edərək, "İroniya odur ki, bu, yəqin ki, doğrudur" deyib.
Başqa bir Twitter istifadəçisi isə, "Tramp casus olmaq üçün lazım olan zəkaya sahib deyil" deyə, yazıb.
Müxalifət.az