Amerikalı yazar “Ərdoğan” düşmənçiliyinin səbəbini açıqladı: "İsrailə qarşı çıxır, İslama üz tutursunuz"

Baxış sayı:
2461

Türkiyə ilə Amerika arasında baş verən son prosesləri “Ərdoğan” düşməni kimi tanınan Amerikalı yazar Filip Terzian “The Weekly Standard” qəzetindəki yazısında dəyərləndirib.
 
Amerikalı jurnalist Filip Terzian, yazısının əvvəlində Amerikanın necə bir Türkiyə istədiyi və problemin nə olduğunu bu sətirlərlə ifadə edib:
"Bir vaxtlar Yaxın Şərq deyilən yerdə Amerikada çox heyran olunan və çoxluqla Amerikanın bölgədəki ən dəyərli varlığı hesab edilən bir ölkə vardı. Ölkə Müsəlman olmasına baxmayaraq idarəçilikdə  qərarlı şəkildə sekulyardı və dərindən ənənəvi mədəniyyəti modernləşdirilməsi edirdi: Məsələn, qadınlar misilsiz bir bərabərlik kefi yaşayırdı və yaxınlıqdakı İsrailə strateji bir müttəfiq idi".
Beləliklə sətirlərdən açıqca görünür ki, Amerika üçün məsələnin əsası budur: "İsraildən asılılıq və onun maraqlarına uyğunlaşmaq, ancaq Amerikanın icazə verdiyi qədər öz dini etiqadını yaşamaq, İslama da qəti surətdə ciddi bir yer verməmək". Əks halda Amerika ilə qarşıdurma labüddür.
 Terzian yazısının davamında, "Türkiyə heç vaxt böyük ölkə deyil" deməklə kifayətlənməyib, ancaq adında demokratiya olduğunu, bu ölkədə (zamanında) gücün çevriliş edən ordu generallarının əlində olub "dərin dövlət" deyilən anlayışın icad eildiği bir yer olduğuna diqqət çəkib.
Prezident Ərdoğanın “İslamçı" olduğuna vurğu edən Terzian həmçinin "quldur kimi avtokrat" olduğunu söyləməklə tərbiyəsizlikdən də geri qalmır. Terzian, anti-amerikancılığı və antisemitistliğinə görə də onun "xərclənəcık bir siyasətçi" olduğunu bildirir.
Pentagoncu kimi tanınan Mişel Rubinə istinad edən Terzian, Türkiyənin Amerika və NATO-nun maraqlarına düşmən olduğu üçün, artıq onunla yolları ayırmağın vacibliyini də dilə gətirir.
Yazısının davamında cəfəngiyyatlara yer verən Terzian, Türkiyənin DAEŞ-ə dəstək verdiyini və Amerikanın terrorla mübarizəsinə mane olduğunu söyləməkdən utanmır. Bundan başqa, Türkiyənin Kipri "işğal etdiyini" yazan Terzian, NATO-nun tarixi olaraq Türkiyədən gözlərini qaçırıb, dayandığını, artıq vəziyyəti nəzərdən keçirmələri lazım gəldiyini də qeyd edib.
Trampın keşiş Brunson məsələsindəki mövqeyini təqdir edən Terzian, bununla Amerika ilə yanaşı, Avropanın da mənfəətlərini müdafiə etdiyini irəli sürüb. Yazıda Türkiyənin "könül alıcı, üzr diləyici" davranışda deyil, əksinə "baş mühafizəkar" mövqedə olduğunu vurğulayan Terzian, Ərdoğanın son mitinqlərin birində (Amerikalılara) "bir Osmanlı silləsi yeməyə hazırsınızmı" dediyini də xatırladır.
Müxalifət.az