Amerikalı senatordan Trampa “Fövqəladə vəziyyət elan et” çağırışı

Baxış sayı:
331

 Amerikalı respublikaçı senator Qrehem, Meksika sərhədinə divar hörülməsi üçün ABŞ prezidenti Trampı milli fövqəladə vəziyyət elan etməyə çağırıb.
 
Nümayəndələr Palatasının sədri demokrat Nancy Pelosinin hökumət açılsa belə, divar büdcəsini müzakirə etməyi rədd etdiyini xatırladan Qrehem, bu vəziyyətin ABŞ Senatındakı həll axtarışlarının sonunu gətirdiyini ifadə edib.
ABŞ prezidenti Trampın divarı inşa etməsi üçün fövqəladə vəziyyət səlahiyyətlərini istifadə etməsinin işə yarayacağına ümid etdiyini deyən Qrehem, ikinci bir mesajla sözügedən müraciətini təkrarlayaraq, "Cənab prezident, demokratlar sizinlə yaxşı niyyətlə işləmir. İndi fövqəladə vəziyyət elan edib, divarı inşa edin" açıqlamasını verib.
Qeyd edək ki, ABŞ prezidenti Trampın cənub sərhədində fövqəladə vəziyyət elan etdiyi təqdirdə, Konqresdən razılıq almadan divar üçün Müdafiə Nazirliyi büdcəsindən istifadə edəcək. Lakin Trampın bu elanı Demokratların prosesi məhkəməyə götürüb, uzun müddətli bir hüquq mübarizəsinə yol aça bilər.
Müxalifət.az