Amerikalı senatordan qalmaqal “Türkiyə” açıqlaması

Baxış sayı:
4318

ABŞ-da Respublikaçı senator Ceyms Inhofe, Türkiyənin F-35 proqramında qalması üçün Rusiyadan S-400 almasını dayandırması lazım olduğunu söyləyib.
 
ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin sədri Ceyms Inhofe, Türkiyənin Rusiyadan hava müdafiə raket sistemi S-400, ya da ABŞ-dan F-35 almaqla bağlı bir seçim etməsi lazım olduğunu bildirib.
ABŞ-ın xəbər saytı “Bloomberg”-də yer alan xəbərə görə Inhofe, “Türkiyə S-400 almaqdan imtina etməzsə, səkkiz tərəfdaş ölkədən biri olmaq hüququnun təkrar müzakirə oluna biləcəyini söyləyib.
Türkiyənin önəmli bir NATO müttəfiqi olduğunu bildirən Inhofe, Türkiyənin hava müdafiə sisteminə ehtiyacları olduğunu, lakin Qərb, ya da Rusiya arasında bir seçim etməsi lazım olduğunu ifadə edib.
Inhofe sonda “Türkiyə Rusiyadan S-400 idxalına davam edərsə, bunun nəticələri olacaq” deyə yenə təhdid edib.
Müxalifət.az