Amerikalı qadın “Azərbaycan corabları” şirkəti açıb

Bir il bundan qabaq əslən ABŞ-ın Minnesota ştatından olan 33 yaşlı Teresa Hamlin Azərbaycanda "Azərbaycan corabları" adlı bir şirkət təsis edib.
 
ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, Azərbaycan kəndindən birində ingilis dilini tədris edən Teresa, yerli əhali tərəfindən geyinilən corablarla maraqlanan bir çox turistə rast gəlib.
 
Teresa Hamlin
 “Kəndli qadınlar isə keyfiyyətli ipliklər ala bilməkdiklərinə görə satış üçün məhsul buraxılmasına nail ola bilmirdilər. Buna görə Teresa Hamlin kəndli qadınları işlə təmin edən "Azərbaycan corabları" şirkətinin fəaliyyətinə başlamaq qərarına gəlib. Bu gözəl corablar əsrlər boyu Azərbaycan mədəniyyətinin zəngin bir hissəsidir və ənənəvi olaraq gəlin xoncasının bir hissəsi kimi hazırlanır”, səfirlik qeyd edir.