Amerikalı nazir: “ABŞ Rusiyanı bu sahədə irəli buraxmayacaq”

 “Rusiya və Çin nüvə texnologiyalarını çox fəal inkişaf etdirir”.
 
 “Röyters” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın energetika naziri Rik Perri bildirib.
Onun sözlərinə görə, Moskva və Pekin nüvə texnologiyalarından siyasi hədəflər üçün istifadə edirlər. Amerikalı nazir ABŞ-ın bu sahədə öz liderliyini müdafiə etmək niyyətində olduğunu vurğulayıb.