Amerikalı müğənnidən “Golan Təpələri” ilə bağlı açıqlama

Baxış sayı:
4909

ABŞ müğənnisi Della Miles sosial media hesabından Fələstinə dəstək mesajı yayımlayıb.
 
ABŞ prezidenti Donald Trampın "Golan Təpələri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıdığını" elan edərək qərarı imzalaması və axşam saatlarında İsrail güclərinin mühasirəsi altındakı Qəzza Zolağını vurmağa başlamasından sonra məşhur müğənni İnstagram hesabından bunları yayımlayıb:
"Bu utancvericidir və haqsız ABŞ qərarına görə, kim bilir neçə günahsız Fələstinli uşaq ailələrindən qopacaq? “Golan Təpələri”nin tək və gerçək sahibi heç şübhəsiz Allahdır. Allah sizinlə birlikdədir Fələstin ... Allah səbirli olanları sevir. İndi Fələstin üçün səbirli olmağın zamanıdır. Qəlbim Fələstinlə birlikdə döyünür".
Qeyd edək ki, Miles qısa bir müddət əvvəl ziyarət üçün gəldiyi Türkiyədə müsəlman olduğunu açıqlamışdı.
Müxalifət.az