Amerikalı Konqresmenlərdən TRAMP VƏ İSRAİLƏ SƏRT REAKSİYA

Baxış sayı:
4906

ABŞ Konqresinin 5 vəkili, birgə bəyanat verərək İsrailin Qəzzadakı qırğınlarına sərt təpki göstərib.
 
ABŞ Nümayəndələr Palatasının 5 üzvü - Minnesota vəkili Keyt Elisson, Viskonsin vəkili Mark Pocan, Vaşinqton vəkili Pramila Jayapal, Georgia vəkili Henri Conson Jr. və Arizona vəkili Raul Grijalva Qəzzadakı qətliamla bağlı birgə bəyanat yayıb.
Bəyanatda, "İsrail əsgərləri tərəfindən silahsız nümayişçilərə qarşı Qəzza sərhədində ölümcül silahların istifadə edilməsi qarşısında şok olduq və qorxduq. Bir gün içində 50-dən çox Fələstinli həyatını itirdi, 2 mindən çoxu da yaralanıb deyə, bildirilib.
 
TRAMPIN SƏFİRLİK ADDIMI TƏXRİBAT İDİ
 
İsrail əsgərlərinin beynəlxalq hüquqa riayət etmələri və nümayişçilərə həqiqi güllə istifadə etməmələri barədə xəbərdarlıqlar etdiklərini qeyd edən Nümayəndələr Palatasının üzvləri, “Sərhədi pozan silahsız nümayişçilər həyatı bir təhlükə təşkil etmədiyi üçün ölümcül silahdan istifadə etmək yeganə qanuni əsas ola bilməz. Prezident Trampın ABŞ səfirliyini Qüdsə köçürülməsi ilə bağlı təxribat xarakterli qərarı, İsrailin nümayişçilərə daha sərt reaksiya göstərməsinə zəmin hazırlamışdır" deyə, bəyan ediblər.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib:
“Netanyahu hökumətindən özünü tənzimləməsini, yaralıların sərbəst şəkildə tibbi dəstək almasına icazə verilməsini və 12 ildir davam edən Qəzza blokadasını yüngülləşdirməsini istəyirik. Bu blokada, Qəzzadakı 2 milyon insan üçün sağlam ərzaqların artmasına, işsizliyə və humanitar böhrana töhfə verir".
 
FINKELSTEINDAN "QATİL DÖVLƏT" ÇIXIŞI
 
ABŞ-da yaşayan məşhur Yəhudi professor Norman Finkelstein da İsrailin Qəzzadakı cinayətlərinə "qatil dövlət" ifadəsi ilə təpki göstərib.
ABŞ-da yaşayan və antisiyonist ritorikaları ilə tanınan məşhur professor Finkelstein, şəxsi internet saytı və Twitter hesabından verdiyi bəyanatlarla İsrail rəhbərliyinə sərt iradlar yönəldib.
Finkelstein, açıqlamasında, "Qatil dövlət, 14 may 2018-ci ildəki Böyük Qayıdış Yürüşü zamanı İsrailli snayperləri vasitəsi ilə 55 Fələstinlini öldürüb və 2 min 410 nəfəri isə yaralayıb. İsrailli qatillər tərəfindən öldürülən bütün Qəzza şəhidlərinin xatirəsini anırıq" deyə, qeyd edib.
Qəzzada baş verən qətliamlarla bağlı çoxsaylı xəbər və video paylaşan Finkelstein, səfirliyini Təl-Əvivdən Qüdsə daşıyan Tramp rəhbərliyinin də Yaxın Şərq sülhünü tamamilə oda atdığını vurğulayıb.
Müxalifət.az