Amerikalı konqresmendən YPG ilə bağlı ÇARPICI SÖZLƏR

Baxış sayı:
5008

Əfqanıstanda yardım etdiklərimiz sonradan Usame Bin Ladenə çevrildi, indi eyni səhvi YPG-ni dəstəkləyərək edirik.
 
ABŞ rəhbərliyinin Suriyada İŞİD bəhanəsi ilə terror təşkilatı YPG/PKK-ya verdiyi dəstək, Konqres üzvləri arasında narazılıq yaratmağa davam edir. Demokrat Partiyanın Pensilvaniya 13-ci Bölgədən millət vəkili, Xarici Əlaqələr Komissiyasının üzvü olan Brendon Boyla, Suriyanın yeni dünya müharibəsinin aparıldığı məkana çevrildiyini bildirərək, "İran, Rusiya, Amerika, Çin. Hamısı bu oyunun bir parçasıdır. Bu arada da oradakı insanlar ölür, evsiz-yurdsuz qalır" deyib.
 
TERROR DƏSTƏKLƏNMƏMƏLİDİR!
 
Konqresmen Boyla, ABŞ-ın Suriyadakı müttəfiq siyasəti haqda da bu maraqlı açıqlamanı edib: “Bəzən, xarici siyasətdə qısamüddətli maraqlar nəzərə alınır. Düşmənimin düşməni dostumdur məntiqi var. Bu mənə çox düzgün gəlmir. 1980-cı illərdə Ruslar ilə vuruşsunlar - deyə, bir qrupu dəstəkləmişdik. Maddi yardımlar etmişdik. Bu qruplardan biri daha sonra yolundan azdı. Amerikaya qarşı çıxdı. Hətta o qruplardan biri qayıtdı və Usame Bin Laden oldu. İndi eyni səhv Türkiyə sərhədində, Suriyada olur. Bu olduqca səhvdir. İŞİD-i yenmək üçün olsa belə, terror dəstəklənməməlidir".
Müxalifət.az