Amerikalı konqresmen Dağlıq Qarabağa qanunsuz səfər edəcək – XİN konqresmeni qara siyahıya salacaqmı...

ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Frenk Pallone sentyabr ayında Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı açıqlama verib.
 
Modern.az xəbər verir ki, hazırda İsraildə olan konqresmen Qüdsün erməni patriarxı Nurxan Manukyanla görüşdə bu haqda məlumat verib.
“Sentyabr ayında Ermənistanı və Artsaxı (red-Dağlıq Qarabağ) müstəqillik günü münasibətilə ziyarət etmək istəyirəm. Bu Konqresin Nümayəndələr Palatası üçün Ermənistan-ABŞ yaxınlaşmasına nail olmaq üçün gözəl fürsət olacaq”.
Müxalifət.az olaraq qeyd edirik ki, bu bir qanun pozuntusudur və Azərbaycanın suverenliyinə hörmətsuzlikdir. Bunun müqabilində Azərbaycan XİN bu səfərin qarşısını almaq üçün indidən kampaniya başlatmalı, konqresmenin bu addımını beynəlxalq səviyyədə qınaq obyektinə çevirməlidir.
Səfər gerçəkləşdiyi təqdirdə dərhal konqresmen haqda cinayət işi açılmalıdır. Eynən Amerikalıların Türkiyə prezidenti Ərdoğanın cangüdənlərinə açdığı cinayət işi kimi. Necə ki, ABŞ hüquq sistemi cangüdənlərə cinayət işini açmaq üçün 5-10 kürd terrorçusunun hüquqlarının tapdanmasını bəhanə gətirir, eyni ilə də burada da işğal zonasından zorla qovulmuş 1 milyon insanın huquqlarına hörmətsizlik əsas göstərilməli və Azərbaycanın suveren haqqına sayqı tələb olunmalıdır.
Muxalifet.az