Amerikalı komandir ABŞ HƏRBÇİLƏRİNİ “MÜCAHİD” ADLANDIRDI

Baxış sayı:
2851

ABŞ-ın Dəniz Piyadaları Komandiri Robert Neller, çərşənbə günü keçirilən mətbuat konfransında ABŞ Qüvvələri və Əfqan tərəfdaşlarının Əfqanıstanın mücahidləri olduğunu söyləyərək dinləyiciləri şok edib.
 
ABŞ Dəniz Qüvvələrinin keçirdiyi mətbuat toplantısında çıxış edən Robert Neller, Amerikanın Əfqanıstandakı strategiyası ilə bağlı bunları söyləyib: "Bilirsiniz ki, özünü azadlıq döyüşçüsü, mücahid kimi təsvir edən terrorçularla döyüşürük. Mücahid deyillər, adı cinayətkarlardır. Bunun Ərəbcə qarşılığı "Takfiri" olmalıdır. Onlar dönüklərdir. İslamın arxasında gizlənirlər. Narkotik satırlar. Günahsız insanları öldürürlər. Həqiqi İslam bu deyil. Əsil mücahid Əfqan ordusu və Amerikalılardır. Mücahid bizik".
Müxalifət.az