Amerikalı generaldan Türkiyəyə təhdid

Baxış sayı:
6148

ABŞ-ın Avropa Qüvvələri (EUCOM) komandanı və NATO Müttəfiq Qüvvələrinin Ali Komandanı, ordu generalı Kortis M. Scaparrotti Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinə təqdim etdiyi yazılı ifadəsində, Türkiyənin NATO ittifaqının cənub sərhədlərində mühüm sınaqlarla qarşı-qarşıya qalan strateji bir ölkə olduğunu bildirib. Scaparrotti Türkiyənin YPG ilə PKK-nı eyni təşkilat olaraq gördüyünü və 3,5 milyon qaçqını qonaq edərkən cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışdığını qeyd edib.
 
 EUCOM-un Türkiyənin sərhəd təhlükəsizliyi və PKK ilə mübarizəsinə dəstək verdiyinə diqqəti çəkən Scaparrotti, komandanlığın eyni zamanda Ankaranı "Amerika Düşmənlərinə Sanksiyayla Qarşı Qoyma Qanunu" (CAATSA) çərçivəsində sanksiyaya məruz qalmaması üçün S-400 qəbulundan imtina etməyə çalışdığını deyib.
Türkiyənin S-400 qəbuluna dair suala cavab verən Scaparrotti, "Türkiyədə S-400 olduğu təqdirdə onlara F-35 verilməməsinin lazım olduğuna inanıram. Bunun üzərində işləməyə davam edirik. Türkiyə hər gün birlikdə işlədiyimiz önəmli bir NATO tərəfdaşıdır" deyə söyləyib.
Türk rəsmilərini yaxşı tanıdığını bildirən Amerikalı komandir, "Niyyətimiz onların gələcəkdə də əhəmiyyətli bir NATO müttəfiqi kimi qalmalarını təmin etməkdir" deyib.
Qeyd edək ki, Scaparrotti oxşar bir açıqlamanı da ötən həftə Senatın Silahlı Xidmətlər Komitəsində də etmişdi.
Müxalifət.az