Amerikalı general Qafqaza gəldi

ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Mark Mayli Gürcüstana səfərə gəlib.
 
Tiflis aeroportunda onu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani və Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini Nikoloz Cancqava qarşılayıb.
İki günlük səfər çərçivəsində Mayli gürcü həmkarı ilə yanaşı, Xoxenfelsdəki ABŞ hərbi bazasının komandiri Antonio Aquto ilə görüşəcək.