​Amerikalı alimdən şok: Nuhun gəmisi Ağrı dağındadır

Baxış sayı:
8770

Dini və mifik kontekstdən kənar, elmi müstəvidə araşdırılan Nuhun gəmisi haqqında yeni iddialar ortaya çıxıb. Mövzu ilə bağlı araşdırmaları əsasında açıqlama verən amerikalı professor Paul Esprante Nuhun gəmisinin Ağrı dağında olduğunu iddia edib. Professor bu iddiaları sübut edən sənədləri də yayımlayıb. Muxalifet.az-ın məlumatına görə, bununla yanaşı, “Ağrı dağı iddiası”nı doğrulayacaq başqa sənədlər də yayımlanıb. Sənədlərdə qeyd olunan məlumatlara görə, 1949-cu ildə ABŞ dövlətinə məxsus hərbi təyyarə Ağrı dağının yaxınlığında uçuş həyata keçirirmiş. 4720 metrlik hündürlükdən uçan təyyarənin pilotu Ağrı dağında buz qatı üzərində maraqlı bir obyekt görüb. Bu hadisə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən gizlədilib. 50 ildən çox müddətdə orada nə görülməsinə dair məlumatlar gizli saxlanılıb. Richmond Universitetinin professoru Porcher Taylor İnformasiya almaq hüququ əsasında şəkilləri görmək istəyib. Görüntüləri əldə edən professor həqiqətən də dağın buz təbəqəsində bir cismin göründüyünü deyib.