Amerikadakı seçki milyarderlərin varidatını daha da artırdı - SİYAHI

Baxış sayı:
521

ABŞ-da keçirilən seçkilərin ertəsi günü dünyanın 10 zəngininin varidatı 34,6 milyard dollar artıb.

“Forbes Real-time” xəbər verir ki, dünənki hərraclar nəticəsində zənginlər reytinqinə başçılıq edən “Amazon”un sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 10,5 milyard ABŞ dolları artaraq 190,6 milyard dollara çatıb.

Reytinqdə dördüncü olan “Facebook”un sahibi Mark Zukerberqin (Mark Zuckerberg) varidatı 8 milyard dollar artaraq 105,5 milyard dollara, 10-cu yeri tutan “Reliance İndustries”in sahibiMukeş Əmbaninin (Mukesh Ambani) varidatı isə 4,1 milyard dollar artaraq 74,2 milyard dollara çatıb.

Eyni zamanda, reytinqdə 5-ci olan “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask (Elon Musk) 547milyon dollar, 8-ci yerdəki “Oracle” şirkətinin təsisçisi Larri Elison(Larry Ellison) 379 milyon dollar, 6-cı yerdə olan sərmayədar Uoren Bafet (Warren Buffett) isə 291milyon ABŞ dolları ziyana düşüb.

Qeyd edək ki, noyabrın 3-də keçirilən seçkilərdən bir gün sonra ABŞ fond bazarlarında 1-3,8 faizlik sabit artım baş verib. Əsas artım texnologiya şirkətlərinin payına düşüb. Belə ki, “Amazon”un səhmləri 6,32 faiz, “Facebook”un səhmləri 8,32 faiz, “Alphabet”in də səhmləri 6,09 faiz bahalaşıb./report