Amerikada çoxluq TRAMPI İRQÇİ SAYIR

Baxış sayı:
4027

Amerikalıların 57 faizi, prezident Trampın irqçi olduğunu düşünür. Ölkədə yaşayan hər 10 qaradərilidən 8-i, İspanların dörddə üçü və ağdərililərin yarıya yaxını, Trampın irqçi olduğu fikirindədir. “Associated Press” və NORC Dövlət İşləri Araşdırma Mərkəzinin apardığı sorğu, Amerikalıların 57 faizinin, o cümlədən hər 10 qaradərilinin 8-inin, İspanların dörddə üçünün və ağdərllilərin haradasa yarısının, ABŞ prezidenti Donald Trampın irqçi olduğunu ortaya qoyub. Trampın irqçi olduğunu düşünən Demokratların nisbətinin 85 faiz, Respublikaçıların nisbətinin isə 21% olduğu bildirilib. Sorğuya görə, Amerikalıların 57 faizi, Trampın siyasətlərinin Müsəlmanlar, 56 faizi İspanlar, 47 faizi qaradərililər baxımından pis olması fikrini bölüşür. Müsəlmanların 60 faizi, miqrantların 59 faizi, İspanların 51 faizinin Amerika cəmiyyətində onlara qarşı pis vəziyyətlərlə üz-üzə olduqlarını düşünürlər. Anketin, 15-19 fevral, 1337 nəfər arasında keçirildiyi qeyd olunub. Müxalifət.az