Amerika təyyarədaşıyanı Fars körfəzinə girdi – İran raket atdı

Baxış sayı:
1141

«USSJohnC. Stennis» aviadaşıyıcısı başda olmaqla, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) gəmilər qrupu Fars körfəzinə daxil olandan sonra, İranın hərbi gəmiləri bu rayonda bir neçə raket atıblar.

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, İslam inqilabı keşikçiləri Korpusunun 30-a yaxın gəmisi ABŞ zərbə qrupunu müşayiət edib.Qeyd olunur ki, İran HDQ-nin gəmiləri aviadşıyıcını, «USSMobileBay» raket kreyserini, raket esmineslərini izləyiblər.

Bundan başqa, İran qüvvələri yuxarıdan şəkillər çəkmək məqsədilə, «düşmən gəmisi» üzərinə dron göndəriblər.
KİV-in yazdığı kimi, «USSJohnC. Stennis» aviadaşıyıcısı İran hakimiyyətinin Hörmüz boğazını bağlamaq barədəki növbəti təhdidləri fonunda bu rayona gəlib.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ hərbi gəmilərinin Fars köfəzinə «səfəri» son 8 ay ərzində bu qəbildən olan ilk əməliyyatdır.

Hadisənin digər detalları məlum deyil. Pentaqon hələlik insidenti şərh etməyib.

Hörmüz körfəzi İranın və Omanın ərazi sularıdır, amma ümumən bu rayon beynəlxalq tranzit marşrutunun bir hissəsidir və Amerika gəmiləri də müntəzəm olaraq oradan keçir.