​Amerika şirkətlərindən SOS: Yalnız bir yol qalır

Baxış sayı:
1044

ABŞ-da əmək bazarı kəskin defisit yaşayır və şirkətlər işçi qüvvəsinin çatışmazlığından şikayət edirlər.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Federal Ehtiyat Sisteminin məruzəsində deyilir.
“Federal Ehtiyat Sistemi bütün ölkə üzrə əmək resurslarının çatışmazlığını təsdiq edir. Müəssisələr iddia edirlər ki, boşluqları doldurmağın və işçiləri saxlamağın yalnız bir yolu qalır. Bu, maaşların artırılmasıdır”, - məruzədə bildirilir.
Əmək bazarında ortaya çıxan problemlər artıq şirkətlərə zərər verməyə başlayıb. Federal Ehtiyat Sistemi qeyd edir ki, cari mərhələdə problem tammiqyaslı deyil, ancaq belə risk mövcuddur.
ABŞ-ın paytaxtı Vaşinqtonda ixtisaslaşdırılmış inşaatçılar çatışmır. Bu, tikinti şirkətlərini maaşları qaldırmağa məcbur edir. Nəticədə isə xərclər evin son dəyərini yüksəldir.
Yeni İngiltərədə (ABŞ-ın şimal-şərqində yerləşən regiondur. Regiona Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod Aylend və Vermont ştatları daxildir - red.) ofisiantlar və aşpazlar çatışmır, şərq sahilində isə ixtisaslaşdırılmış sürücüləri tapa bilmirlər.