Amerika əsgəri terrorçularla çiyin-çiyinə TÜRK ORDUSUNA QARŞI

Baxış sayı:
5488

ABŞ əsgərləri və PKK-lı terrorçuların Menbiçdəki Saçır çayı yaxınlığında Türk Silahlı Qüvvələrinin nəzarətindəki əraziləri izlədiyi anın fotosu ortaya çıxıb.
 
Amerikalıların, Türk əsgəri və Azad Suriya Ordusunun nəzarət etdiyi Cerablusa doğru baxdığı görülür. Türkiyənin Fərat çayının qərbini terrorçulardan təmizlənməsinə mane olmaq istəyən ABŞ, həftə sonunda terror təşkilatı YPG/PKK-nın işğal etdiyi Menbiç rayonunun qərb hissəsində yer alan, “Fərat Qalxanı” Hərəkatı rayonunun cəbhə xəttinə yüzlərlə əsgər ilə birlikdə çox sayda zirehli maşın və iş maşını sövq edib.
ABŞ əsgərləri, Saçır çayı boyunca gündəlik keşik çəkməyəç başlayıb. ABŞ qüvvələri, eyni zamanda Türkiyənin Ceylanpınar sərhəd məntəqəsinin qarşısındakı Rəsul Ayn bölgəsində son 3 gündür ki, mühafizə patrul xidməti yerinə yetirir.
 
ABŞ-ın MENBİÇ HƏMLƏSİ! SƏRHƏDDƏN GÖRÜNTÜLƏNDİ
 
Suriya-Türkiyə sərhədində yerləşən Mardinin Nusaybin rayonunun qarşısındakı Suriyanın Qamışlı şəhərindən, dünən gecə ABŞ ordusu tərəfindən Menbiçə doğru hərbi konvoy gedib. Təxminən bir kilometr uzunluğunda konvoy təşkil edən yük avtomobillərində yanacaq tankerləri, hərbi vasitələr və beton baryerləri olduğu görülüb.
Nusaybin rayonundan gözlə görünən daşıma dünən axşam saat 21.00 radələrində başlayıb. ABŞ ordusunun apardığı bildirilən 1 kilometr uzunluğundakı bir konvoy, Qamışlıdan çıxaraq Suriyanın qərbi və Menbiçə doğru hərəkət edib.
Tibbi yardım maşınların da yer aldığı konvoyun Menbiçə doğru getdiyi öyrənilib. Konvoyun keçidi təxminən bir saat davam edib.
Müxalifət.az