Amerika mətbuatı IVANKA TRAMPA QƏZƏBİNİ GÖSTƏRDİ

Baxış sayı:
3634

Təl-Əvivdəki Amerika səfirliyi, Qüdsə köçərkən, Qəzzada dinc nümayiş edən 59 Fələstinli, İsrail tərəfindən şəhid edilib. Dünya mətbuatı son illərin ən qanlı hücumunu tənqid edib.
 
Fransız “Lexpress” qəzetinin "Qəzzanın 2014-dən bu yana ən qanlı günü" başlığı ilə yaydığı xəbərində daha əvvəl bölgədə təzyiqin heç bu qədər artmadığını yazıb. ABŞ prezidenti Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşnerin ABŞ səfirliyinin açılışında iştirakını, bu iştirakın da Fələstinliləri qəzəbləndirdiyini yazıb.
“Le Fiqaro” qəzeti isə hadisələr başladığı andan etibarən İsrail hökumətinin mövqeyinin birmənalı olduğunu, "İsrailə hücumun qarşısını almaq üçün hər cür vasitə istifadə etməyə niyyətli olduğunu yazıb.
“Le Monde” qəzeti isə ölən 59 nəfər arasında 16 yaşından kiçik insanların olduğunu və son altı həftədə 100-dən artıq ölümün baş verdiyini vurğulayıb.
 
ALMAN MƏTBUATI TÜRKİYƏNİ ÖN PLANA ÇIXARDI
 
Alman qəzeti “Der Spiegel”, "Türkiyə və Cənubi Afrika İsraildəki səfirlərini geri çağırıb. Yeni ABŞ səfirliyinə qarşı keçirilən aksiyalarda 59 Fələstinli nümayişçi öldürülüb. Çərşənbə günü BMT Təhlükəsizlik Şurası toplanır. Ankara və Pretoria səfirlərini geri çəkmə qərarı aldı" deyə, yazıb.
“Süddeutsche Zeitung” isə, "İsrailin sərhədində şiddətli gündür. Nümayişçilər arasından Qəzza Zolağında 59 nəfər ölüb, 2700 nəfər yaralanıb. Cənubi Afrika və Türkiyə səfirlərini geri çağırıb. Fələstinlilərin Nakba günündə yeni zorakılıq hadisələri gözlənilir" deyə, yazıb.
Avstriyanın aparıcı qəzetlərindən “Die Presse” isə, "Avstriyanın İsrail səfiri İsrail Xarici İşlər Nazirliyindəki bayram tədbirində iştirak etdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Hansı ki, Avropa Birliyi sözügedən tədbirdə iştirak etməmə qərarı almışdı" deyə, yazıb.


 
 “NEW YORK DAİLY NEWS”: "ATASININ KİÇİK YIRTICISI
 
Amerika mətbuatı da həm prezident Trampı, həm də qızı Ivankaya təpki göstərib. “New York Daily News” qəzeti üz qapaq səhifəsinə Ivanka Trampı çıxarıb. Qəzet, Ivanka Trampın Qüdsdə İsrail səfirliyinin açılışında iştirakı ilə bağlı olaraq, “Daddys Little Ghoul”, yəni "Atasının kiçik yırtıcısı" başlığını atıb.
Müxalifət.az