Amerika jurnalı ƏSƏDİN ƏN BÖYÜK PROBLEMİNDƏN YAZDI

Baxış sayı:
6952

ABŞ-ın “Atlantik” jurnalı, Əsədin üzləşdiyi ən böyük problemdən yazıb.
 
ƏSƏDİN ƏN BÖYÜK PROBLEMİ.
 
Jurnala görə, Əsəd rejimi hazırda ordusuna yeni əsgərlərin cəlb olunması məsələsində olduqca böyük bir problem yaşayır.
Suriya ordusunun hazırda ən ümidsiz vaxtda olduğunu yazan jurnalda, "Əsəd rejimi orduda döyüşəcək yeni əsgər tapmaqda çətinlik çəkir. Bu səbəblə xarici milislərə etimad edir" deyə, qeyd edilib.
 
İNSANLAR ÖZ CANINI QURTARMAQ İSTƏYİR
 
Suriya müharibəsilə bağlı hesabat dərc edən jurnal, bunları əlavə edib: Suriyada Əsədi dəstəkləyən və əleyhinə olan hər kəs, müharibənin qısa bir müddətdə bitəcəyinə inanmır. Bu səbəblə Əsədi dəstəkləyən insanlar da orduya getmək yerinə, öz canını qurtarmağa çalışır.
 
QADINLARI ƏSGƏRƏ ALIRLAR
 
Bu vəziyyətin fərqində olan Əsəd rejimi, rəsmi media kanallarından xalqa təzyiq göstərməyə və sıxışdırmağa çalışır.
Kişi əsgər tapa bilməyən Əsəd rejimi, hazırda qadınları əsgərə alaraq boşluğu doldurmağa çalışır.
Müxalifət.az