Amerika hərbi gəmisi Venesuela sərhədinə girdi - SKANDAL

Baxış sayı:
4132

ABŞ hərbi  gəmisi Venesuelanın dəniz sərhədlərinə daxil olub.
Bu barədə Venesuela Dəniz Qüvvələri Twitter hesabında bəyan edilib.
Hadisə mayın 8-i günortadan sonra baş verib.  ABŞ-ın "USCG James” sahil mühafizəsi gəmisi ölkənin  Varqas əyalətindəki  Quaira limanına 14 mil məsafəyə qədər  yaxınlaşıb.
Bildirilir ki, gəmi heyəti Venesuela hərbçiləri ilə danışıqlardan sonra istiqaməti dəyişib.
Bu insidentdən sonra məlum olub ki,  mayın 8-də Vaşinqton doğrudan da Venesuelanın sahillərinə  hərbi gəmilərini göndərmək qərarına gəlib.
Gəmi beş ay ərzində Mərkəzi və Cənubi Amerikanın sahillərində yerləşən  Karib dənizinə nəzarət edəcək.