​AMEA-da iki vacib təyinat

Baxış sayı:
12688

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda kadr təyinatları baş tutub. Muxalifet.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə İnstitutun elmi katibi vəzifələrinə təyin ediliblər.