​AMB 350 mln. manat cəlb edir

Baxış sayı:
3844

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. AMB-dən verilən xəbərə görə, aprelin 23-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 10,99% təşkil edir.