“Amazon”un təsisçisi tarixin ən varlı adamı oldu

Baxış sayı:
2173

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.
Muxalifet.az xəbər verir ki, bu ilin 8 yanvarında C.Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib.
Beləliklə, bu göstəriciyə görə C.Bezos “Microsoft” şirkətinin təsisçisi Bill Geytsi geridə qoyub.
Bu zəngin adamın varidatın böyük hissəsini “Amazon”-un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.
Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb.