"AMAY" rəhbərinin cinayət işi üzrə 43 milyon manat ödənib

"AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə artıq dəymiş ziyanın 43 milyonu ödənilib. Lent.az-ın məlumatına bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, həmin məbləğin 48 milyonun mənimsəmə halının 43milyonun ödənilməsi təmin edilib. Məbləğin digər hissəsi ilə bağlı əmlakın müsadirə edilməsi tapşırılıb.

Qeyd edək ki, istintaq materialları isə Bakı Ağır Cinayətləri Məhkəməsinə göndərilib.