Altı illik müharibə başa çatdı - ANLAŞMA

Baxış sayı:
1774

Mərkəzi Afrika Respublikasında (MAR) bir-birinə qarşı mübarizə aparan tərəflər - silahlı qruplaşma ilə hakimiyyət orqanları müharibəyə son qoyublar.
 
Muxalifet.az bildirir ki, bu barədə "Report" TASS-a istinadən xəbər verir.
 
Qeyd edilir ki, Mərkəzi Afrika Respublikasının hökuməti silahlı qruplaşma ilə razılaşmaya nail ola bilib.
 
"Bu, Mərkəzi Afrika Respublikası və onun xalqı üçün böyük gündür", - Afrika İttifaqının komissarı Smail Şerqi bildirib.
 
Qeyd edək ki, müharibə 2013-cü ilin sonundan davam edirdi. Sülh müqaviləsinin son variantı fevralın 6-da imzalanacaq.
 
Daha əvvəl bildirilirdi ki, Mərkəzi Afrika Respublikasında atışma nəticəsində azı 37 nəfər ölüb.