​“Altes Plaza”-da yanğın oldu - VİDEO

Baxış sayı:
8272

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. “Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb. Hadisə zamanı evdə heç kəs olmayıb. Faktla bağlı araşdırma aparılır.