Almanlardan Türkiyə ilə bağlı qalmaqal manşet!

Baxış sayı:
391

Keşiş Brunsonun azad edilməsi üçün hər cür sanksiya və əlindəki bütün “kozırları” istifadə edən ABŞ, "Keşişi verin, hər şey normala dönsün” mesajını verməyə davam edir.
 
ALMANLAR BU VƏZİYYƏTDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIR
 
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniyaya edəcəyi səfər, dollarda həyəcanlanmadan sonra Alman gəzetləri “Türk iqtisadiyyatının vəziyyəti" başlığı ilə çıxmağa başlayıb. Türk lirəsindəki ucuzlaşma və dalğalanmalardan özünə pay çıxarmağa çalışan Almaniya qəzetlərindən “Berliner Zeitung” isə "Türkiyə Almaniyadan yardım istəyəcək. Türkiyə iqtisadi böhranın astanasında büdrəyir. Türkiyə prezidenti yardıma ehtiyacı olduğu üçün Berlinə gəlir" deyə, yazıb:
 
“ALMANYA AVTOKRAT LİDERƏ YAXINLIQ GÖSTƏRMƏSİN"
 
“Yaxın Şərq ilə Avropa arasındakı ən əhəmiyyətli bufer zona olan Türkiyənin stabilliyinin pozulmasını heç kim arzulamaz. Yenə də Almaniya prezidentinin avtokrat liderə yaxınlıq göstərməkdə tələskənlik etməsi arzuolunmaz bir vəziyyətdir".
Müxalifət.az