Almanlar Türkiyə seçkisi ilə bağlı keçirdikləri SORĞU ANKETİNİ AÇIQLADI

Baxış sayı:
4789

Hər fürsətdə 24 iyundakı seçkilərdə Ərdoğanı qaralamağa çalışan Almaniya, təəccübləndirən sorğu nəticəsi açıqlayıb. Alman dövlət televiziyasında açıqlanan sorğuya görə, prezident Ərdoğan ilk turda seçkidə qalib gələcək.
 
Türkiyənin taleyini müəyyənləşdirəcək 24 iyun seçkiləri, Avropa tərəfindən də yaxından izlənilir. Alman dövlət televiziyası “ARD”-da, Türkiyədə keçiriləcək seçkilərə dair sorğu nəticələri açıqlanıb.
 
SEÇKİ İLK TURDA BİTƏCƏK
 
Canlı yayımda ekrana gələn verilişə qoşulan müxbir Jörg Brase, ictimai sorğu anketlərinin prezidenti Rəcəb Tayyib Ərdoğanın 50 faizi ilk turda keçdiyini göstərdiyini söyləyib.
Sorğularda Ərdoğanın 51 faiz səs toplayacağını bildirən Brase, müxalifətə yaxın şirkətlərin sorğularında bu nisbətin 48 faiz göstərildiyini bildirib.
Müxalifət.az