Almanlar Soçi ZİRVƏSİNDƏN YAZDILAR: “ABŞ-ı DİZ ÜSTƏ QOYDULAR”

Türkiyə, Rusiya və İran liderlərinin Soçidə üçtərəfli görüşü dünyada da əks-səda doğurmaqda davam edir.
 
Almaniyanın “Der Tagesspiegel” qəzetinin yazarı Susanna Güsten, Rusiya, Türkiyə və İran liderlərinin bu gün Soçidə keçirəcəkləri görüşlə ABŞ-ı bir kənara itələyib, Suriyanın gələcəyi haqqında qərarlar verəcəyini bildirib.
 
 ABŞ DAHA İNDİDƏN İTİRƏNLƏR TƏRƏFİNDƏDİR
 
 Üç liderin Suriyada siyasi həlli və yeni gərginliyi azaltma zonalarının yaradılmasını müzakirə edəcəyini və sammitin qazananının Suriya prezidenti Bəşər Əsəd olduğunu qeyd edən Güsten, Soçiyə dəvət edilməyən ABŞ-ın isə daha indidən itirənlərin tərəfində yer aldığını vurğulayıb.
 
 EDELMAN: ABŞ-ın ALTERNATİV STRATEGİYASI YOXDUR
 
 Güsten, yazısında ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelmanın fikirlərinə də yer verib.
Edelmana görə, İsrail və Fars Körfəzindəki Sünni ölkələrin qoruyucusu kimi çıxış edən ABŞ-ın Suriyada baş verənlərə qarşı qoya biləcək alternativ bir strategiyası yoxdur. Edelman, bu halda Rusiya və İranın heç bir əngəllə qarşılaşmadan Suriyada öz rejimlərini qura biləcəklərini vurğulayıb.
Müxalifət.az