​ALMANLAR NARAHATDIRLAR, QORXURLAR!

Baxış sayı:
6616

Muxalifet.az xəbər verir ki, Almaniyada aparılan bir sosial araşdırmaya görə, almanların 69%-i ABŞ prezidenti Donald Trampın siyasəti nəticəsində dünyanın daha təhlükəli vəziyyətə düşməsindən qorxur.
“Almanların qorxuları 2018” araşdırmasını R+V sığorta şirkəti aparıb.
Almanların en çox qorxduqları məsələlərin ilk sırasında Trampın siyasəti durur. İkinci yerdə, sığınacaq tələbatındakı kəskin artım (63%), ölkədəki əcnəbilərlə gərginlik (63%), ardından siyasətçilərin radikal istəkləri (61%), terrorçuluq (59%), Aİ borc böhranın vergi ödəyiciləri üçün yükə çevrilməsi (58%) və siyasi radikallıq (57%) gəlir.
Sorğu 8 iyun – 18 iyul tarixləri arasında 14-dan böyük 2400 nəfər arasında aparılıb. Almaniyada terror qorxusunun ötən ilə nisbətən azaldığı – 70 faizdən 59 faizə düşməsi diqqəti cəlb edib.