Almanlar işıq pulunu ödəyə bilmir - Acınacaqlı durum
23-10-2017 23:29
Almaniyada ötən il 330 min abonentin elektrik enerjisi kəsilib.
Muxalifet.az DPA-ya istinadən xəbər verir ki, buna səbəb istehlakçıların enerji ödənişlərini gecikdirmələri olub. Bundan əlavə, ödəniş etməyən 6.6 milyon vətəndaşa da şifahi xəbərdarlıq edilib.
Ödəniş gecikmələrinə səbəb kimi elektrik enerjisinin qiymətinin son illərdə kəskin qalxması göstərilib. Hazırda Almaniyada elektrik enerjisinin bir k/vatının qiyməti 30 sentdir.