​Almaniyaya 2 nota, Amerikadan "Patriot"lar... - XİN

Baxış sayı:
2698

Türkiyə Almaniyaya iki nota verib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib.
XİN rəsmisi bildirib ki, Ankara Almaniyada məscidlərə hücumlarla bağlı Berlinə iki nota təqdim edib.
“Biz iki nota vermişik, hazırda bu prosesi izləyirik”, - deyə, Hami Aksoy bildirib.
Sözçü əlavə edib ki, Türkiyənin ABŞ-dan Patriot-raket əleyhinə müdafiə sistemi almaq üçün müzakirələr apardığını da jurnalistlərə çatdırıb.