Almaniyanın yeni Xarici İşlər naziri kimdir - TÜRKLƏRİN DOSTU?..

Baxış sayı:
2278

Almaniyada bu ay yeni qurulacaq hökumətin nazirlərinin siyahısı açıqlanıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə üçün daha önəmli olacaq məsələ Almaniyanın yeni Xarici İşlər nazirinin kim olmasıdır.
Yeni alman hökumətinin Xarici İşlər naziri Heiko Maas bundan əvvəl hökumətdə ədliyyə naziri vəzifəsini tutub. O, çıxışlarında türklərlə yaxın olduğunu bir neçə dəfə vurğulayıb.
Heiko Maas hərbçi ailəsində doğulub. Onun çox nizamli və sözünü açıq deyən siyasətçi olduğu bildirilir. O, Tramp haqqında “Dünyada ABŞ-ın qarışmasını ən çox sürətləndirən prezident Trampdır” ifadəsi ilə tanınır.
Ədliyyə naziri olduğu müddətdə Maas islama və əcnəbilərə düşmən olan Pegida Hərəkatı və millətçi Alternativ Alman Partiyasına qarşı sərt bəyanatları ilə tanınıb.
Nazir bir neçə il əvvəl mətbuata müsahibəsi zamanı deyib ki, gəncliyində “Ford” zavodunda işlədiyi zaman türklərlə yaxşı əlaqəsi və ünsiyyəti olub.
“Türklərlə birlikdə futbol oynayırdıq, komanda yoldaşları idik”, - deyə Heiko Maas deyib.
Xatırladaq ki, hazırda Xarici İşlər naziri postunu tutan Siqmar Qabriel Türkiyəyə qarşı sərt çıxışları ilə tanınırdı. Heiko Maas martın 14-də rəsmi olaraq xarici işlər naziri vəzifəsini tutacaq.