Almaniyanın Türkiyəyə cavabı gecikmədi

Almaniya xarici işlər naziri Siqmar Qabriel “Böyükada” böhranı ilə bağlı Türkiyənin sərt çıxışlarına reaksiyasını gecikdirmədi.
 
Nazir aktivistlərin həbs edilməsinin tənqidi səslərin susdurulması kimi şərh edib və Türkiyə ilə siyasi münasibətlərə yeni istiqamət gətirməli olduqlarını qeyd edib:
“Türkiyə ilə münasibətlərimizə bu şəkildə davam edə bilmərik. Ankaranın yürütdüyü siyasət cavabsız qalmayacaq”.
A.Qabriel tətilini yarıda qoyub gəldiyi gün verdiyi açıqlamalarda alman aktivist Peter Steudtnerin həbs edilməsinin məqsədli şəkildə daha öncədən planlaşdırıldığını deyib.
O, Almaniyanın hər zaman Türkiyə ilə mübahisə etməkdən qaçdığını, yeri gəldikdə çox səbrli davrandığını ifadə edib.
 Nazir alman vətəndaşlarına bundan sonra Türkiyəyə səyahət etmək istəklərindən vaz keçmələrini tövsiyə etməkdən çəkinməyəcəyini vurğulayıb.