Almaniyalı nazirlər arasında koronavirus şübhəsi: Nazir Merkelin əlini sıxmadı - VİDEO

Baxış sayı:
1780

Almaniyanın Daxili işlər naziri Horst Seehofer bu ölkədə koronavirusun yayılması səbəbiylə baş nazir Angela Merkelin əlini sıxmayıb.

Muxalifet.az yeniavaz.com-a istinadən bildirir ki, Nazirlər Kabinetinin növbəti toplantısına daxil olan baş nazir Angela Merkel heç kimə əl uzatmayıb. Lakin, baş nazir onun üçün ayrılan yerdə oturan zaman əlini yan masada əyləşən Daxili işlər naziri Horst Seehoferə uzadaraq salam verib. Daxili işlər naziri baş nazirin əlini sıxmayaraq, yayılan koronovirusa işarə edərək “Olmaz” deyib. Bunun qarşılığında baş nazir Angela Merkel gülümsəyərək “Başa düşürəm" deyib.