Almaniyadan Türkiyə açıqlaması

Baxış sayı:
3229

Almaniyanın xarici işlər naziri Heiko Maas, 5-6 sentyabrda Türkiyəyə səfərinin əsas mövzusunun, Suriyanın İdlib bölgəsində vəziyyətin olacağını bildirib.
 
Maas, mətbuat konfransında, "Biz, İdlibdə humanitar fəlakətin qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu, mənim bu həftə, çərşənbə və cümə günü, Türkiyəyə edəcəyim səfərin çox əhəmiyyətli bir hissəsi olacaq" - deyə açıqlayıb.
İdlib məsələsində Ankaranın çox mühüm tərəfdaş olduğunu deyən Maas, "Türkiyənin duruşu, Rusiya və buna görə Əsəd rejiminin gələcəkdə görəcəkləri üçün həlledici əhəmiyyət daşıyır" deyib.
Maas, İdlibdəki vəziyyətin çox ciddi olduğunu və hərbi həllin regionda humanitar fəlakətə yol açacağını dilə gətirib.
Müxalifət.az